İtaliya prezidenti xəstəxanaya yerləşdirildi
İtaliya prezidenti Sercio Mattarella xəstəxanaya yerləşdirilib.
TodayPress xəbər verir ki, bu barədə "Alfapress" məlumat yayıb. Məlumata görə, o, aprelin 15-dən Romadakı “Santo Spirito” xəstəxanasındadır və vəziyyəti stabildir.
Onun ürəyinə kardiostimulyator quraşdırılacağı bildirilir.
Qeyd edək ki, 83 yaşlı Mattarella 2015-ci ildən prezident vəzifəsini icra edir.
Türkan İsgəndərli
tag: İtaliya,Sercio Mattarella,Xəstəxana,Müalicə,Todaypress.az,