İtaliya Ukraynaya qoşun göndərməyəcəyini təsdiqlədi
İtaliyanın üç hakim
partiyasının liderləri təsdiqləyiblər ki, Roma öz qoşunlarını Ukraynaya
göndərməyəcək.
TodayPress xəbər verir ki, Nazirlər
Şurası sədrinin mətbuat xidmətinin məlumatına görə bu barədə baş nazir Giorgio
Meloni ilə baş nazirin iki müavini - xarici işlər naziri Antonio Tajani və
nəqliyyat və infrastruktur naziri Matteo Salvini arasında keçirilən görüşdə müzakirə
aparılıb.
Görüş zamanı xüsusilə, cümə axşamı
Parisdə baş tutacaq sammit ərəfəsində Ukraynaya dəstək məsələləri və
tərəfdaşlarla birlikdə Kiyev üçün təhlükəsizlik təminatı formalarının tapılması
yolları müzakirə olunub.
Müdafiə naziri Guido Crosettonun da
iştirak etdiyi görüşdən sonra verilən açıqlamada bildirilib ki, ölkənin hərbi
missiyada iştirakı nəzərdə tutulmayıb.
tag: İtaliya, Ukrayna, Görüş, Paris, Fransa, Kiyev, todaypress.az,