İtalyan siyasətçi: “İtaliya Rusiyaya qarşı real siyasət yürütmək iqtidarında deyil”
“İtaliya Rusiyaya və onun vətəndaşlarına dərin hörmət bəsləyir, Avropa mediasında aparılan təbliğata baxmayaraq bu münasibət dəyişməyib”.
TodayPress xəbər verir ki, bu barədə “Tsargrad.tv” telekanalına müsahibəsində İtaliya siyasi təşkilatı “Cantiere Laboratorio”nun prezidenti Vittorio Gioliotti danışıb.
O bildirib ki, hazırda İtaliya suveren xarici siyasət həyata keçirmək imkanında deyil və istədiyi ölkələrlə müstəqil şəkildə münasibət qura bilmir:
“Əvvəlcə bizi Rusiya ilə qarşı-qarşıya qoydular. Halbuki İtaliya ilə Rusiya arasında uzun illərə dayanan dostluq münasibətləri və güclü iqtisadi əlaqələr mövcuddur. Burada İtaliya hökuməti ilə İtaliya xalqını ayırmaq vacibdir. İtaliya xalqı Rusiyaya qarşı düşmən mövqedə deyil. İtalyanlar Rusiya prezidenti Vladimir Putini bəyənir və onu yüksək qiymətləndirir”.
Gioliotti əlavə edib ki, İtaliyada televiziya, internet resursları və qəzetlər real vəziyyətə zidd informasiya təqdim edir və ictimai rəyi manipulyasiya etməyə çalışır.
Qiymət Mahir
tag: İtaliya,Rusiya,Siyasət,Vittorio Gioliotti ,Todaypress.az,