İyunda Braziliyada BRİKS parlament forumu keçiriləcək

Dünya

16.04.2025 01:14

14

İyunun 3-dən 5-dək Braziliyanın paytaxtında BRİKS ölkələrinin 11-ci Parlament Forumu keçiriləcək.

TodayPress xəbər verir ki, bu barədə Braziliya Federal Senatının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tədbirdə 31 BRİKS ölkəsindən 150-yə qədər qanunverici nümayəndə iştirak edəcək.

Əvvəlki BRİKS Parlament Forumu 2024-cü ilin iyulunda Sankt-Peterburqda keçirilib.

Braziliya 2025-ci il yanvarın 1-də Rusiyadan BRİKS-ə bir illik rotasiya qaydasında sədrlik edib.

Rusiyanın sədrliyinin əsas hadisəsi 22-24 oktyabr tarixlərində Kazan sammiti olub və burada yeni tərəfdaş ölkələr kateqoriyasının yaradılması barədə qərar qəbul edilib. İlk olaraq Belarus, Boliviya, Kuba, Qazaxıstan, Malayziya, Tailand, Uqanda və Özbəkistan qəbul olunub. İndoneziya əvvəlcə tərəfdaş ölkə olaraq adlandırıldı, lakin yanvarın 6-da Braziliya hakimiyyəti onu tamhüquqlu üzv elan edib.

Aynur TAC

tag: Braziliya, Forum, BRİKS, Kazan, Qazaxıstan, XİN, todaypress.az,