İzmirdə neft və yağ emalı fabrikində partlayış oldu

Dünya

29.03.2025 20:20

2167

Türkiyənin İzmir vilayətində fabrikdə partlayış baş verib. Hadisə nəticəsində fabrik işçilərindən biri ölüb, dördü isə yaralanıb.

 

TodayPress  xəbər verir ki, partlayış İzmirin Aliağa rayonundakı sənaye zonasında fəaliyyət göstərən tullantı yağlar və neft məhsullarının emalı fabrikində olub. Hadisədən sonra fabrikin binasında başlayan yanğın söndürülüb. Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

tag: İzmir, Partlayış,Yağ, Zavod, Türkiyə, todaypress.az,