Jan-Noel Barro: “Fransa sülhməramlarının Ukraynaya göndərilməsi hələ tezdir”

Dünya

18.02.2025 15:15

2655

Fransa xarici işlər naziri Jan-Noel Barro fransız sülhməramlıların Ukraynaya göndərilməsi planlarını hələ tez hesab edir.

TodayPress xəbər verir ki, bu barədə o, “Frans-info”ya açıqlama verib.

“Hazırda Fransa sülhməramlılarının Ukraynaya göndərilməsi məsələsi gündəmə gəlmir. Ukraynanın təhlükəsizliyi ilə bağlı konkret zəmanətlərdən danışmaq hələ çox tezdir” deyə Barro bildirib.

O, əlavə edib ki, sülh razılaşması imzalanarsa, sülhməramlıların göndərilməsi məsələsini müzakirə etmək olar.

Qiymət Mahir

tag: Dünya,Fransa,Jan-Noel Barro,Ukrayna,todaypress.az,