Kaliforniyada 5,1 maqnitudalı zəlzələ baş verdi
ABŞ-nin Kaliforniya ştatında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,5 min insanın yaşadığı Culian şəhərindən 4 km cənubda yerləşib. Təbii hadisənin ocağı 13,4 km dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
tag: Kaliforniya, Zəlzələ, Təkan, Yeraltı, Culian, todaypress.az,