Kallas ABŞ-ni Rusiyaya təzyiq göstərməyə çağırdı

Dünya

31.03.2025 17:49

1752

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas ABŞ-ni Rusiyaya təzyiq göstərməyə çağırıb. 

TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.   

Kallas həmçinin Rusiyanı yaxşı niyyət göstərməyə və Ukraynadakı atəşkəsə razı olmağa çağırıb. 

Onun sözlərinə görə, Rusiyaya deportasiya edilmiş ukraynalı uşaqların geri qaytarılması və müharibə əsirlərinin azad edilməsi Rusiyanın xoş niyyətini göstərmək üçün edə biləcəyi addımlardır. 

Türkan İsgəndərli

tag: Kaya Kallas,Avropa İttifaqı,Ukrayna,ABŞ,Todaypress.az,