Kallas: "Aİ daha çox güclənməlidir"

Dünya

06.03.2025 17:50

2239

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ dövlət katibi Marko Rubio ilə görüşün uğursuzluğunu şərh edərkən bildirib ki, Brüssel və Vaşinqton müttəfiqdir, lakin amerikalıların gözündə güclü tərəfdaş kimi görünmək üçün Avropa daha da möhkəmlənməlidir.   

TodayPress xəbər verir ki, bu barədə “European Pravda” məlumat yayıb.   

“Biz çox uzun müddətdir müttəfiqik və buna əsaslanmalıyıq. Düşünürəm ki, ABŞ administrasiyası da bizdən daha güclü olmağımızı gözləyir. Avropa güclənəndə biz onların gözündə daha güclü tərəfdaş olacağıq" deyə Kallas bildirib.   

O, bir daha qeyd edib ki, Avropa Ukrayna üzrə danışıqlar prosesində tamhüquqlu iştirakçı olmalıdır.   

“Aİ-nin “masaya qoyula biləcək” təklifləri var” deyə Aİ nümayəndəsi əlavə edib.   

Aysel Mətləb

tag: Avropa İttifaqı,ABŞ,Kaya Kallas,Marko Rubio,Todaypress.az,