Kallas Avropa ordusunun yaradılmasına münasibət bildirdi
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas İspaniya hakimiyyətinin Avropa ordusunun yaradılması ideyasına şübhə ilə yanaşdığını bildirib.
TodayPress xəbər verir ki, diplomat bu barədə İspaniyanın "El Mundo" qəzetinə danışarkən deyib.
"Düşünürəm ki, bizim həqiqətən birlikdə işləməyimiz, həmçinin imkanlar və ya sursatlar baxımından tam uyğunluğa nail olmağımız üçün 27 ordunun birgə fəaliyyət göstərməsi lazımdır. O cümlədən, hərbi mobillik məsələsində də buna nail olmalıyıq. Çünki hər bir ölkənin öz hərbi planlaşdırması və müdafiə büdcəsi var. Buna görə də NATO üçün bir ordu, Avropa üçün isə başqa bir ordu yaratmaq olmaz. Çünki bu, təhlükəli şərait yarada bilər. Hərbi böhran zamanı kimin kimə əmr verəcəyi məlum olmayacaq. Buna görə də ciddi qarşıdurma yarana bilər" deyə o əlavə edib.
Ukraynadakı münaqişə ilə bağlı Kallas hesab edir ki, istənilən sülh prosesi Avropanın təhlükəsizliyinə də təsir edəcək.
O, təzyiq göstərmək üçün Rusiyaya qarşı yeni sanksiyaların tətbiq oluna biləcəyini istisna etməyib.
Töhfə Səməd
tag: Kaya Kallas,Avropa İttifaqı,Ukrayna,ABŞ,Todaypress.az,