Kallas: “Münaqişə Avropa olmadan həll oluna bilməz”

Dünya

11.02.2025 17:53

2903

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Ukrayna münaqişəsinin Avropa olmadan həll olunmasının mümkünsüz olduğunu bildirib. 

TodayPress xəbər verir ki, bu barədə o, “Corriere della Sera”ya müsahibəsində açıqlama verib.

“Bu münaqişə Avropada baş verir. Həqiqətən sülh mümkündürsə, Avropa bunun bir hissəsi olmalıdır” deyə vurğulayıb. 

O, əlavə edib ki, Avropa olmadan Ukrayna ilə bağlı sülh müqaviləsi bağlanması üçün heç bir uğurlu imkan görmür.

Qiymət Mahir

tag: Avropa İttifaqı,Təhlükəsizlik Siyasəti,Ali Nümayəndə,Kaja Kallas ,Ukrayna,todaypress.az,