Kallas Rusiyaya dəstəyi dayandırmağı tələb etdi
Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı apararaq Tehrandan Rusiyaya göstərilən hərbi dəstəyi dayandırmağı tələb edib.
TodayPress xəbər verir ki, bu barədə Kallas özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“İrandan Rusiyaya hərbi dəstəyi dayandırmağı tələb etdim. Aİ vətəndaşlarının İranda saxlanılması və insan hüquqlarının pozulması ilə bağlı narahatlığımı da çatdırdım” deyə o bildirib.
Kallas qeyd edib ki, Aİ–İran münasibətlərinin gələcək taleyi bütün bu sahələrdə əldə olunacaq irəliləyişdən asılı olacaq.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Kaya Kallas,İran,Abbas Əraqçi,todaypress.az,