Kallas Rusiyaya etibar etməməyə çağırdı
“Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın söhbətindən sonra Rusiyaya etibar etmək mümkün deyil”.
TodayPress xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
“Söhbətin hər iki stenoqramını oxusanız, aydın olar ki, Rusiya əslində heç bir güzəştə getmək istəmir” deyə o bildirib.
Kallas bir daha vurğulayıb ki, Aİ Kiyevə daha çox hərbi yardım göstərməyə çalışır.
Aysel Mətləb
tag: Kaya Kallas,Avropa İttifaqı,Ukrayna,ABŞ,Todaypress.az,