Kallas təsdiqlədi: Kiyevə 5 milyard avroluq yardım nəzərdən keçiriləcək

Dünya

20.03.2025 14:50

1275

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas təsdiq edib ki, Aİ sammitində Kiyevə ilkin təklif etdiyi kimi 40 milyard avro yox, 5 milyard avro hərbi yardım nəzərdə tutulacaq. 

TodayPress xəbər verir ki, o, bunu Aİ sammitinə gələrkən jurnalistlərə açıqlamasında deyib.

"Biz Ukraynanın həqiqətən ehtiyac duyduğu yardım təşəbbüsünü müzakirə edəcəyik. Biz Ukraynaya 5 milyard avro dəyərində sursat verilməsi təşəbbüsünü nəzərdən keçirəcəyik" o deyib.   

"Aİ ölkələri Kiyevə 40 milyard avroluq yardım təklifini niyə müzakirə etmir?" sualına isə Kallas Aİ ölkələrinin “büdcə problemlərini” misal çəkib.

Töhfə Səməd

tag: Avropa İttifaqı,Kaya Kallas,Ukrayna,Yardım,Todaypress.az,