Kanada ABŞ-ni boykot etməyə başladı
Kanadalıların yarısından çoxu Amerika məhsulları almağı və "Amazon"dan istifadə etməyi dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, kanadalı istehlakçıların Amerika mal və xidmətlərindən imtina etməsi ABŞ prezidenti Donald Trampın öz ölkələrinə qarşı davranışına mənfi reaksiya ilə əlaqələndirilir.
Bununla yanaşı kanadalılar Birləşmiş Ştatlara səfərlərini də təxirə salmağa başlayıblar.
Ümumilikdə, kanadalıların 77%-i Donald Tramp haqqında mənfi, 14%-i isə müsbət fikirdədir.
Qeyd edək ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-nin 51-ci ştatı olmasını istədiyi fikrini bildirib.
Türkan İsgəndərli
tag: Kanada,ABŞ,Amerika,Amazon,todaypress.az,