Kanada ABŞ-ni hədələdi: Bəzi ştatlar enerjisiz qalacaq

Dünya

05.03.2025 15:34

1753

Kanadanın Ontario əyalətinin rəhbəri Duq Ford İlon Maskın ABŞ prezidenti Donald Trampa fəal dəstəyi ilə əlaqədar "SpaceX" şirkəti tərəfindən istehsal olunan "Starlink" peyk rabitə terminallarının tədarükünə dair müqaviləyə xitam verildiyini açıqlayıb.   

TodayPress xəbər verir ki, siyasətçi bu barədə yerli televiziya kanalına müsahibə verərkən bildirib.   

O, Kanadanın iqtisadi hücumlara icazə verən və təşviq edən insanlarla əməkdaşlıq etməyəcəyini söyləyib.

Əyalət rəhbəri Kanadadan gələn bütün mallara 25 faizlik tariflərin tətbiq edilməsi qərarına öz etirazını bildirib.   Ford vurğulayıb ki, hakimiyyət uzun illər davam edəcək mübarizələrə hazır olmalıdır. O, həmçinin ABŞ-ni bir sıra ştatların enerji təchizatını kəsməklə hədələyib. 

Qeyd edək ki, martın 4-də Ağ Ev rəhbərinin tariflərlə bağlı qərarı qüvvəyə minib.   

Töhfə Səməd

tag: ABŞ,Kanada,Təhdid,Ştat,Enerji,Todaypress.az,