Kanada ABŞ-nin ölkəni ilhaq edə biləcəyini qəbul edir

Dünya

08.02.2025 09:54

1404

Kanadanın baş naziri Castin Trüdo ABŞ prezidenti Donald Trampın ölkənin ABŞ-nin tərkibinə daxil edilməsi ilə bağlı dediklərini zarafat hesab etmir və onun ilhaq ehtimalını ciddi şəkildə nəzərdən keçirib. 

TodayPress xəbər verir ki, bu barədə “The New York Times” yazıb. 

Torontoda baş icraçı direktorların və biznes liderlərinin toplantısında Trüdo deyib ki, Kanadanın təbii sərvətləri ABŞ-ni cəlb edir və Donald Trampı açıqlamaları ilə ölkəsini işğal barədə düşünməsinə vadar edib.

Qeyd edək ki, Tramp dəfələrlə bəyan edib ki, Kanada və Qrenlandiya ABŞ-nin bir hissəsi olmalıdır. O, həmçinin Panama kanalını ABŞ-nin nəzarətinə qaytarmaq niyyətində olduğunu bildirib. Respublikaçının bəyanatları Panama, Kanada və Danimarka hakimiyyətlərinin kəskin reaksiyası ilə qarşılanıb.

Nicat Osman

tag: Kanada,Panama,Tramp,Castin Trüdo,Todaypress.az,