Kanada ABŞ-yə əks rüsumlar tətbiq edir
Kanada Amerika Birləşmiş Ştatlarının rüsumlarına cavab olaraq cavab rüsumları tətbiq edir.
TodayPress xəbər verir ki, bu barədə Kanada Maliyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yeni tədbirlərə nəqliyyat vasitələri üçün rüsumlar daxildir.
Belə ki, Kanada-ABŞ-Meksika Müqaviləsinə (CUSMA) uyğun gəlməyən bütün xarici avtomobillərə 25 faizlik tariflər tətbiq ediləcək.
Qeyd edək ki, aprelin 2-də Tramp 185 ölkə üçün idxal tariflərinin yeni sistemini tətbiq edib.
Türkan İsgəndərli
tag: Kanada ,ABŞ,Rüsum,Tramp,Todaypress.az,