Kanada ABŞ-yə əlavə rüsum tətbiq edəcək

Dünya

11.03.2025 18:29

1169

Kanadanın Ontario əyalətinin hakimiyyət orqanları Vaşinqtonun tariflərinə cavab olaraq ABŞ-yə verilən elektrik enerjisinin dəyərinə 25% əlavə rüsum tətbiq edib.

TodayPress “Financial Times”a istinadən xəbər verir ki, bu barədə Ontario Baş naziri Duqlas Ford bildirib.

Onun sözlərinə görə, yeni əlavə ödəniş Miçiqan, Minnesota, Nyu-York ştatlarında 1,5 milyon ev təsərrüfatlarına və müəssisələrə təsir edəcək. Bu da onlara gündə 400 min dollara başa gələcək.

Ford Ontarionun tarif təhlükəsi aradan qalxana qədər lazım gələrsə, enerjini tamamilə kəsməkdən çəkinməyəcəyini bəyan edib. 

Qiymət Mahir

tag: Kanada,ABŞ,Rüsum,Gömrük,Todaypress.az,