Kanada ABŞ-yə qarşı Fransa ilə əlaqələri gücləndirəcək

Dünya

17.03.2025 18:50

2807

Kanadanın yeni Baş naziri Mark Karni ABŞ ilə ticarət qarşıdurması fonunda Fransa ilə münasibətləri gücləndirmək arzusunda olduğunu açıqlayıb. 

TodayPress xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb. 

“Kanada üçün Fransa kimi müttəfiqlərimizlə əlaqələri gücləndirmək həmişəkindən daha vacibdir. Biz öz təhlükəsizliyimizi, müttəfiqlərimizin və bütün dünyanın təhlükəsizliyini təmin etmək üçün ölkələrimiz arasında əməkdaşlığı gücləndirməliyik” Baş nazir əlavə edib. 

Qeyd edək ki, martın 4-də ABŞ Kanada, Çin və Meksikadan gələn 1,5 trilyon dollarlıq məhsula tariflər tətbiq edəcəyini bildirib.

Bununla yanaşı Ağ Ev Kanada və Meksikadan idxal edilən demək olar ki, bütün məhsullara 25% rüsum tətbiq edib. 

Türkan İsgəndərli

tag: Kanada,Fransa,ABŞ,Əlaqələr,Todaypress.az,