Kanada ABŞ-yə qoşula bilər?

Dünya

10.02.2025 16:20

1587

"Kanada da digər ölkələr kimi ABŞ-nin bir hissəsi olmayacaq". 

TodayPress xəbər verir ki, amerikalı politoloq Konstantin Bloksin "Lenta.ru" ilə söhbətində ABŞ prezidenti Donald Trampın Kanadanın Amerikaya qoşulması təklifini belə qiymətləndirib.

“Bu, onun ən çox istifadə etdiyi sevimli hiyləsidir. Məsələ burasındadır ki, o, ABŞ prezidenti olmamışdan əvvəl düzgün danışıqların və sövdələşmələrin aparılması haqqında təxminən 6-7 kitab yazıb. Trampın klassik taktikası sadə sxemə əsaslanır: məqsədinə çatmaq istəyirsənsə, daha çoxunu istə” deyə Bloksin bildirib.

Politoloqun fikrincə, Tramp vəziyyəti son həddə çatdırır ki, tərəfdaşı gələcəkdə məqbul şərtlərlə razılaşsın.

“Biz onun birinci prezidentliyi dövründə də bu taktikalarının şahidi olmuşduq. O, özünü "parçalanmış Amerika elitasın"ı öz ətrafında birləşdirməli və tarix yazmalı olan şahin kimi görür. Ona görə də belə kobud üslubu ilə bir çox Vaşinqton "şahinin" sevgisini qazanmağa çalışır” deyə analitik əlavə edib.

Töhfə Səməd

tag: ABŞ,Kanada,Tramp,Dünya,todaypress.az,