Kanada Çinin edam qanununu pislədi

Dünya

21.03.2025 10:30

698

Kanadanın xarici işlər naziri Melani Coli Çini 4 kanadalının edam edilməsinə görə qınayıb. 

TodayPress xəbər verir ki, o, bu barədə jurnalistlərlə söhbəti zamanı bildirib.

"Biz Kanadalıların Çində edam edilməsini qətiyyətlə pisləyirik" deyə nazir əlavə edib.

O, aydınlaşdırıb ki, bu şəxslər narkotik vasitələrlə bağlı cinayət işinə görə məhkum olunublar. Nazirin sözlərinə görə, həmin şəxslərdə Kanada və Çinin ikili vətəndaşlığı olub. O, başqa təfərrüatları açıqlamayıb.

"Mən və Kanadanın keçmiş Baş naziri Castin Trüdo Çin hakimiyyətindən daha "yumşaq" qərarlar verməsini istədik, lakin istənilən nəticəni əldə edə bilmədik" deyə Melani Coli sonda qeyd edib.

Töhfə Səməd

tag: Kanada,XİN,Melani Coli,Çin,Edam ,todaypress.az,