Kanada Rusiya şirkətinin iki strukturunu sanksiya siyahısına daxil etdi
Kanada “Volqa-Dnepr” şirkətinə məxsus iki
strukturu Rusiya əleyhinə sanksiyalar siyahısına əlavə edib.
TodayPress xəbər verir ki, bu barədə Kanada hökumətinin
saytında Rusiyaya qarşı sanksiyalar bölməsində məlumat verilib.
Sənəddə qeyd olunub ki, müvafiq siyahıya “Volga-Dnepr
Airlines (Ireland) Limited” və “Volga-Dnepr Logistics V” daxil edilib.
“Volqa-Dnepr” aviaşirkətinin özü də Kanada sanksiyaları altındadır.
Rusiya KİV-in məlumatına görə, 2022-ci ildən Ottava bu
yükdaşıyıcısının təyyarəsini saxlayır. Kanada hökuməti tərəfindən icarəyə
götürülmüş, Çindən COVID testləri yüklənmiş “Volqa-Dnepr” şirkətinin An-124
nəqliyyat təyyarəsi 2022-ci il fevralın 27-də Torontoya gəlmişdi.
tag: Sanksiya, Rudiy,Volqa, Dnepr, todaypress.az,