Kanada Ukraynaya sülhməramlılar göndərə bilər

Dünya

08.04.2025 11:57

15

Kanadanın Baş naziri Mark Karni Ukraynanı dəstəkləmək niyyətində olduğunu açıqlayıb. 

TodayPress xəbər verir ki, o, bu barədə "Radio-Canada"ya müsahibəsində deyib. 

Onun sözlərinə görə, Kanada Moskvanın diktə etdiyi sülh variantları ilə razılaşmır. 

Baş nazir qeyd edib ki, Kanada sülhməramlı əməliyyata hansı şərtlər altında qoşula biləcəyini hələ dəqiqləşdirməyib. 

O, həmçinin Ukrayna xalqına verdikləri dəstəyə görə Kanada hökuməti və ümumilikdə kanadalılara təşəkkür edib. 

Türkan İsgəndərli

tag: Kanada,Ukrayna,Sülhməramlı,Mark KArni,Todaypress.az,