Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək

Dünya

28.04.2025 12:20

9

Aprelin 28-də Kanadada növbədənkənar parlament seçkiləri keçiriləcək.

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, seçki prosesində 16 partiya iştirak edir və qalib siyasi qüvvənin lideri ölkənin 25-ci baş naziri olacaq.

Seçkilər daha öncə 2025-ci ilin oktyabrına planlaşdırılsa da, baş nazir Castin Trüdonun mart ayında istefasından sonra onun yerinə gələn Mark Karni parlamentdə etimad səsverməsində uduzma riskinə görə erkən seçki təyin edib.

Trüdonun istefası fonunda liberal partiyanın reytinqi yüksəlib. Karni bu dalğadan istifadə edərək 2015-ci ildən bəri ilk dəfə çoxluq hökuməti formalaşdırmaq niyyətindədir.

Qiymət Mahir

tag: Kanada,Seçki,Parlamet,Dünya,todaypress.az,