Kanadada seçki kampaniyasının əsas mövzusu açıqlandı

Dünya

24.03.2025 15:00

2992

ABŞ prezidenti Donald Trampın sərt xarici siyasətinə qarşı mübarizə Kanada parlament seçkilərinin əsas mövzusu olacaq. 

TodayPress xəbər verir ki, bu barədə “The Globe and Mail” yazıb.

Məlumata görə, 28 aprel seçkilərində uğur qazanmaq istəyən siyasi qüvvələr Trampın başladığı “ticarət müharibəsi” fonunda Kanada iqtisadiyyatını və suverenliyini daha yaxşı qorumaq bacarığını nümayiş etdirməlidirlər. ABŞ ilə münasibətlərin gərginləşməsi Kanadada milli kimliyə marağın artmasına səbəb olub və partiyalar bu əhval-ruhiyyəni öz xeyirlərinə səfərbər etməyə çalışır.

Qəzet bildirib ki, Baş nazir Mark Karni rəhbərliyindəki Liberal Partiya Trampa qarşı sərt ritorikası sayəsində populyarlıqda Konservativ Partiya ilə eyni səviyyəyə yüksəlib. Halbuki bir neçə ay əvvəl mühafizəkarlar liberalları 20-25 faiz geridə qoymuşdular. Hər iki partiya indi ABŞ-nin tətbiq etdiyi idxal rüsumlarına qarşı daha effektiv iqtisadi proqramlar təqdim etməyə çalışır.

Karni hökuməti zərər çəkən sahələrə və müəssisələrə dövlət dəstəyi proqramları tətbiq etməyi əsas prioritet kimi görür. Konservativlər isə Pyer Pualyovr rəhbərliyində vergi yükünü azaltmağı və bununla ümumi iqtisadi artımı stimullaşdırmağı təklif edirlər.

Ölkənin üçüncü böyük siyasi gücü olan Yeni Demokrat Partiya isə həm liberalları, həm də mühafizəkarları tənqid edərək, onların tədbirlərinin sadəcə böyük korporasiyalara və onların sahiblərinə fayda verəcəyini, adi kanadalı işçilərin isə dəstəkdən kənarda qalacağını bildirir.

Qiymət Mahir

tag: Kanada,Seçki,Donald Tramp,Yeni Demokrat Partiya,todaypress.az,