Kanadada Ukrayna Mədəni İrs Muzeyi yandı
Kanadanın Alberta əyalətində, Edmonton şəhəri yaxınlığında yerləşən Ukrayna mədəni irsi muzeyində yanğın baş verib.
TodayPress xəbər verir ki, bu barədə Kanada polisi məlumat yayıb.
Yanğın aprelin 18-də axşam saatlarında muzeyin yaxınlığındakı əkin sahəsində başlayıb və açıq səma altında muzey ərazisinə keçib.
Hadisənin səbəbi hələlik məlum deyil.
Təhlükəsizlik tədbiri olaraq muzeyin ətrafında yaşayan sakinlərin təxliyəsi elan olunub, lakin vəziyyət sabitləşdikdən sonra bu qərar ləğv edilib.
Sakinlərdən alternativ yollarla hərəkət etmələri xahiş olunub.
Qeyd edək ki, Ukrayna mədəni irsi kəndi 19-20-ci əsrin əvvəllərində Kanadaya köçən ukraynalıların həyat tərzini əks etdirən muzeydir və orijinal evləri qoruyub saxlayır.
Türkan İsgəndərli
tag: Kanada,Ukrayna,Yanğın,Edmonton,Todaypress.az,