Kanadanın Baş naziri parlamenti buraxacaq
Kanadanın baş naziri Mark Karni bazar günü baş qubernatordan parlamenti buraxmağı və seçki kampaniyasına rəsmən başlamağı xahiş etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CBC telekanalı
məlumat yayıb.
Jurnalistlərin
fikrincə, Kanada qanunlarına əsasən seçki kampaniyasının minimum müddəti 37 gün
olduğu üçün seçkilər aprelin 28-də baş tutacaq. Qanunda səsvermənin bazar
ertəsi keçirilməli olduğu, təşviqat müddətinin 37 gündən 51 günə qədər davam
etməsi nəzərdə tutulur.
Xatırladaq ki,
martın 14-də İngiltərə Bankının keçmiş qubernatoru Mark Karni rəsmi olaraq
Kanadanın Baş naziri kimi and içib
tag: Kanada, Parlamrent, Seçki, Qanun, todaypress.az,