Karasin: “Rusiya-ABŞ görüşü məhsuldar olmayıb”
Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyadda danışıqlar konstruktiv keçib və məhsuldar olmayıb.
TodayPress xəbər verir ki, bu barədə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvlərindən biri Qriqori Karasin “Rossiya 24” telekanalında məlumat verib.
“İlk iclasda inanılmaz nəticə gözləmək sadəlövhlük olardı. İnanıram ki, belə görüşlər davam edəcək və ekspert qrupumuzun qarşısına ölkə rəhbərliyi tərəfindən yeni vəzifələr qoyulacaq” deyə o bildirib.
Xatırladaq ki, martın 24-də Rusiya və ABŞ nümayəndə heyətləri Səudiyyə Ərəbistanının paytaxtında Ukraynadakı münaqişənin həlli ilə bağlı danışıqlar aparıblar.
Danışıqların əsas mövzusu Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi olub.
Qeyd edək kİ, görüş ümumilikdə 12 saat davam edib.
Aysel Mətləb
tag: Rusiya,ABŞ,Qriqori Karasin,Görüş,Todaypress.az,