Karib dənizində güclü zəlzələ oldu

Dünya

09.02.2025 11:15

1100

Meksika körfəzinin cənubunda, Karib dənizində 7,6 maqnitudalı zəlzələ olub.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Geologiya Xidməti məlumat yayıb.

Yerli vaxtla saat 17.23-də qeydə alınan zəlzələnin ocağı Kayman adalarından 209 m cənub-qərbdə yerləşib.

Zəlzələ dəniz sahilindəki ölkələrdə də hiss edilib.

tag: Meksika ,Körfəz,Karib ,Dəniz,ABŞ,todaypress.az,