Kavelaşvili: “Rusiyaya qarşı müharibəyə başlamağımızı istəyirdilər”
Gürcüstanın prezidenti Mixail Kavelaşvili bildirib ki, Ukrayna münaqişəsi başlayandan bəri ölkəsi daim Rusiyaya qarşı müharibəyə cəlb olunmağa təhrik edilib.
TodayPress xəbər verir ki, o, bu barədə “Radio Courtoisie”yə verdiyi müsahibədə danışıb.
“Nüvə dövləti ilə təkbətək buraxılırdıq. Bizə deyirdilər ki, davam edin, sizə silah verəcəyik. Avropayönlü gənclər bizi Rusiyaya qarşı müharibəyə çağırırdı” deyə Kavelaşvili qeyd edib.
Onun sözlərinə görə, belə çağırışlar Ukraynadakı hərbi əməliyyatların başlanğıcından bəri mütəmadi olaraq edilib. Əvvəlcə Gürcüstandan Rusiyaya qarşı sanksiyalara qoşulması tələb olunub, daha sonra gürcü könüllülərinin Ukrayna ordusunun tərəfində döyüşməyə göndərilməsi istənilib. Sonra isə Gürcüstandan birbaşa Rusiyaya qarşı hərbi münaqişəyə başlamaq tələbi səsləndirilib.
Prezident bu cür tələblərin hansı səbəbdən edildiyini anlaya bilmədiyini vurğulayıb, çünki Gürcüstan nə NATO-nun, nə də Avropa İttifaqının üzvüdür.
Qiymət Mahir
tag: Gürcüstan,Mixail Kavelaşvili,Dünya,Ukrayna,todaypress.az,