Kaya Kallas: “Aİ Ciddə danışıqlarının nəticələrini alqışlayır”

Dünya

12.03.2025 11:49

1896

“Avropa İttifaqı (Aİ) Ciddədə keçirilən danışıqların nəticələrini müsbət qiymətləndirir və Ukrayna, ABŞ və digər tərəfdaşlarla birlikdə münaqişənin dayandırılması istiqamətində səyləri dəstəkləməyə hazırdır”.

TodayPress xəbər verir ki, bu barədə Aİ-nin ali diplomatı Kaya Kallas bəyanat verib.

“Aİ-nin məqsədi, BMT Nizamnaməsi və beynəlxalq hüquq prinsiplərinə əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhün əldə olunmasında Ukraynaya dəstək verməkdir. Əgər atəşkəs təklifi Rusiya tərəfindən qəbul olunsa, bu, münaqişənin həlli istiqamətində mühüm addım ola bilər. İndi Rusiya sülhə nail olmaq üçün öz iradəsini nümayiş etdirməlidir” bəyanatda deyilir.

Aİ eyni zamanda, Səudiyyə Ərəbistanı hakimiyyətinin danışıqların təşkilində göstərdiyi səyləri yüksək qiymətləndirib.

Qiymət Mahir

tag: Kaya Kallas,Avropa İttifaqı,Ukrayna,ABŞ,Todaypress.az,