Kaya Kallas Ermənistan prezidenti ilə Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdi

Dünya

26.04.2025 21:10

11

“Romada mən prezident Vaaqn Xaçaturyanla Ermənistana gözlənilən səfərimi müzakirə etdim”

TodayPress xəbər verir ki, bu sözləri Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas deyib.

O, həmçinin Cənibu Qafqazdakı vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinə də toxunub.

“Mən Aİ-nin əlaqələrin dərinləşdirilməsinə güclü sadiqliyini bir daha təsdiqlədim və Cənubi Qafqazdakı vəziyyət, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və regionda sülhün əldə olunması istiqamətində səylər barədə fikir mübadiləsi apardım.” diplomat bildirib.

tag: Roma, Ermənistan, Vaaqn, Səfər, Avropa İttifaqı, Azərbaycan, todaypress.az,