Keçmiş CIA əməkdaşı: “Avropa müharibəyə hazır deyil, amma…”
“Onların nə resursu, nə sənaye bazası, nə də hərbi gücü var. Amma yenə də Rusiya ilə münaqişə yaratmağa çalışırlar. Tarix onlara heç nə öyrətməyib”.
TodayPress xəbər verir ki, bu fikirləri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş əməkdaşı Larri Conson “YouTube” kanalına verdiyi açıqlamada səsləndirib.
Ekspertin sözlərinə görə, Avropanın aqressiv siyasətinin əsas səbəblərindən biri Fransa, Böyük Britaniya və Almaniyanın Ukraynaya verdiyi iri həcmli kreditlərdir.
Conson qeyd edib ki, əgər Kiyev məğlub olsa, bu pullar tamamilə batacaq.
Qiymət Mahir
tag: ABŞ,CİA,Larri Conson,Ukrayna,Avropa,Todaypress.az,