Kelloq: “İqtisadi əməkdaşlıq Ukraynanın təhlükəsizliyini təmin edəcək”

Dünya

14.02.2025 13:25

1075

ABŞ-nin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Vaşinqtonun Ukraynanın nadir torpaq elementlərindən istifadəyə dair təklifi təhlükəsizlik təminatlarının bir hissəsi kimi nəzərdən keçirilməlidir. 

TodayPress xəbər verir ki, o, bu barədə “Fox Business” telekanalına müsahibəsində danışıb.

“Fikrimcə, belə iqtisadi əməkdaşlığa başlamaq əla ideyadır, çünki bu, Ukraynanın təhlükəsizliyini təmin edəcək. Onlar biləcəklər ki, ABŞ iqtisadi cəhətdən prosesə cəlb olunub və Ukraynada iqtisadi maraqları var. Bu, Ukrayna üçün təhlükəsizlik təminatlarının bir hissəsidir və bu təklifə belə yanaşmalıdırlar” deyə Kelloq bildirib.

O, həmçinin Kiyevin yaxın günlərdə nadir torpaq elementləri sahəsində razılaşmaya gələcəyinə ümid etdiyini qeyd edib. 

Qiymət Mahir

tag: Ukrayna,ABŞ,Rusiya,Kit Kelloq,todaypress.az,