Kelloq: "Mən Ukraynanı bölmək niyyətində deyildim"

Dünya

12.04.2025 11:35

18

"The Times" qəzeti yaydığı məqalədə mənim sözlərimi təhrif edib".   

TodayPress xəbər verir ki, bunu ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq sosial şəbəkə hesabında yazıb. 

"Mən Ukraynanın suverenliyini dəstəkləmək üçün atəşkəsdən sonra davamlılığı təmin edən qüvvələr haqqında danışdım. Bölünmə baxımından müttəfiq qüvvələrin (ABŞ qoşunları istisna olmaqla) məsuliyyət daşıdığı əraziləri və ya zonaları nəzərdə tuturdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışam" deyə o, əmin edib. 

Qeyd edək ki, "The Times" qəzeti Kelloqun "sülh sazişinin bir hissəsi olaraq ABŞ İkinci Dünya Müharibəsindən sonra Berlini böldüyü kimi Ukraynanı da bölməyi təklif edir" dediyini iddia edib. 

 Töhfə Səməd

tag: Kelloq,ABŞ,Ukrayna,Bölünmə,Todaypress.az,