Keniyada deputat güllələndi

Dünya

01.05.2025 13:30

8

Keniyanın parlament üzvü Çarlz Ongondo Vere Nayrobidə silahlı hücuma məruz qalaraq qətlə yetirilib.

TodayPress “Citizen”ə istinadən xəbər verir ki, hadisə paytaxtın bir yolayrıcında baş verib. 

Şahidlərin sözlərinə görə, motosikletlə gələn iki nəfərdən biri deputatın avtomobilinə yaxın məsafədən atəş açıb və daha sonra hər iki şəxs hadisə yerindən qaçıb.

Deputatın sürücüsü xəsarət almayıb. Bu isə hücumun birbaşa Çarlz Vereyə yönəldiyini göstərir.

Hadisə şahidi olan yol polisi əməkdaşları cinayətkarları saxlaya bilməyiblər.

Vere xəstəxanaya çatdırılsa da, onun öldüyü elan olunub.

Cinayətin motivi hələlik məlum deyil.

Xatırladaq ki, iki ay əvvəl deputat həyatının təhlükədə olduğunu bəyan etmişdi.

Qiymət Mahir

tag: Keniya,Deputat,Güllələnmə,Cinayət,todaypress.az,