Keniyaya məxsus nəqliyyat təyyarəsi qəzaya uğradı

Dünya

23.03.2025 03:45

1562

Keniyada qeydiyyatda olan “Buffalo 5Y-RBA” nəqliyyat təyyarəsi Moqadişu yaxınlığında qəzaya uğrayıb.

 

TodayPress xəbər verir ki, bu barədə “Arlaadi Media” portalı məlumat yayıb.

 

İlkin məlumatlara görə, təyyarənin aviadispetçerlərlə əlaqəsi kəsilib və Cəsirə kəndi yaxınlığında qəzaya uğrayıb. Təyyarədə dörd nəfər olub.

 

Təyyarə Keniya sərhədi yaxınlığındakı Dhobley şəhərindən Moqadişuya uçurdu.

Hadisənin səbəbləri araşdırılır.

tag: Keniya, Təyyarə, Qəza, Nəqliyyat, Yaralı, todaypress.az,