Kennedinin qətli ilə bağlı 80 min səhifəlik sənəd açıqlandı
Tramp administrasiyası ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qətli ilə bağlı təxminən 80 min səhifəlik sənədi dərc edib.
TodayPress xəbər verir ki, sənədlər ABŞ Milli Arxivinin rəsmi saytında elektron şəkildə yayımlanıb.
ABŞ Prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, daha əvvəl məxfi saxlanılan sənədlərin tam şəkildə ictimaiyyətə təqdim olunmasına göstəriş verilib.
Milli Kəşfiyyat Direktorunun Ofisi bildirib ki, bu sənədlər əvvəlki məxfi qeydlərin redaktəsiz versiyasıdır.
Bununla yanaşı, məhkəmə möhürü ilə qorunan və ya böyük münsiflər heyətinə aid bəzi materiallar məxfi olaraq qalır. Mütəxəssislər yeni açıqlanan sənədlərin Kennedinin qətli ilə bağlı əsaslı bir yenilik ortaya çıxarmayacağını düşünürlər.
ABŞ-nin 35-ci prezidenti Con Kennedi 22 noyabr 1963-cü ildə Texas ştatının Dallas şəhərində sui-qəsd nəticəsində öldürülüb. O, avtomobildə açıq kortejlə hərəkət edərkən atəşə tutulub.
Prezidentin ölümünə səbəb baş və boyun nahiyəsindən aldığı güllə yaraları olub.
tag: Con Kennedi,Qətl,Faktlar,Sənədlər,Todaypress.az,