Kim Çen İn donanmanı gücləndirməyə çağırdı

Dünya

08.03.2025 10:30

2484

Şimali Koreya lideri Kim Çen İn ölkənin hərbi dəniz qüvvələrinin müasir döyüş gəmiləri ilə təchiz edilməsinin suverenliyin və təhlükəsizliyin qorunması üçün mühüm rol oynadığını bildirib. 

TodayPress xəbər verir ki, Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) dövlət başçısının sözlərini sitat gətirib.

“Şimali Koreya iki tərəfdən – şərqdən və qərbdən dənizlə əhatələnib. Buna görə də, dəniz suverenliyi dövlət hakimiyyətinin əsas dayaqlarından biridir. Hərbi dəniz qüvvələrinin nüvə silahı ilə silahlanmış elit birliyə çevrilməsi isə hazırda dövlətin müdafiə strategiyasının vacib tərkib hissəsidir” deyə o, bildirib.

Kim Çen İn gəmiqayırma zavodunda texniki modernizasiya və istehsal gücünün artırılması istiqamətində görülən işlər barədə hesabatları dinləyib.

O, vurğulayıb ki, Şimali Koreya Koreya yarımadasında və regionda sülhün qorunmasında mühüm rol oynayır və ölkənin dəniz müdafiə gücünü istənilən sularda nümayiş etdirməyə hazır olduğunu bəyan edib. Səfər çərçivəsində Kim Çen İn strateji idarə olunan raketlərlə təchiz olunmuş nüvə sualtı qayığının tikinti işləri ilə də tanış olub. Bu layihənin Koreya Əmək Partiyasının VIII qurultayının qərarlarına uyğun olaraq həyata keçirildiyi bildirilir. 

Qiymət Mahir

tag: Şimali Koreya,Kim Çen In,Donanma,Gəmiqayırma,Todaypress.az,