Kir Starmer Avropa liderlərini Londona dəvət etdi
Böyük Britaniyanın Baş naziri Kir Starmer martın 2-də Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderlərini Londona görüşə dəvət edib.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, görüşdə Rusiya ilə mümkün atəşkəs halında Avropanın Kiyevə təklif edə biləcəyi təhlükəsizlik təminatları müzakirə olunacaq.
Toplantıya Almaniya, Danimarka, İtaliya, Hollandiya, Norveç, Polşa, İspaniya, Türkiyə, Finlandiya, İsveç, Çexiya və Rumıniya liderləri dəvət ediliblər.
Tədbirdə NATO-nun Baş katibi Mark Rutte, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın da iştirakı gözlənilir.
Nicat Osman
tag: Kir Starmer,Avropa,Liderlər,London,Görüş,Todaypress.az,