KİV: ABŞ Almaniyadakı hərbi texnikanı Ermənistana köçürəcək
ABŞ Almaniyadakı bazalarından texnikanı Ermənistandakı poliqonlara köçürmək niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Qeyd olunub ki, daşımaların Gürcüstan üzərindən həyata keçirilməsi planlaşdırılır. Bu əməliyyat Pentaqonla Ermənistan ordusu arasında mümkün birgə təlimlərlə əlaqələndirir.
Ümumilikdə nəqliyyat vasitələri, generatorlar və ixtisaslaşdırılmış konteynerlər də daxil olmaqla 151 texnikanın daşınması planlaşdırılır. Köçürmə iyulun 16-na planlaşdırılıb.
Onun avqustun 7-dək davam edəcəyi gözlənilir.
Türkan İsgəndərli
tag: ABŞ,Almaniya,Ermənistan,Texnika,BAza,Köçürmə,Todaypress.az,