KİV: ABŞ husilərin silah anbarlarına zərbələr endirdi

Dünya

23.03.2025 09:20

1416

Silahlı qüvvələr Yəmənin qərbində husilərin mövqelərinə bir sıra hava zərbələri endirib.

TodayPress xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ Əl-Cavf əyalətinin Barakiş şəhərində husilərin silah anbarlarına və kazarmalarına hücum edib. Bundan əlavə, ABŞ ordusu Marib əyalətində üsyançıların hərbi anbarlarına ən azı beş zərbə endirib.

Husilərin nəzarətində olan "Al Masirah" telekanalı martın 22-i səhər saatlarında ABŞ-nin Hodeyda şəhərinin qərbindəki beynəlxalq hava limanına üç zərbə endirdiyini yazıb. Telekanalın məlumatına görə, zərbələr üsyançıların istifadə etdiyi silah anbarlarını, həmçinin hava limanında yerləşən raket və pilotsuz uçuş aparatlarını hədəfə alıb. ABŞ Hodeydadakı "Ənsar Allah" hərbi dəniz bazasına da hücum edib. Atışma nəticəsində husilərin dəniz qüvvələrinin komandiri Mənsur əs-Səadi və daha 7 üsyançı yaralanıb.

Töhfə Səməd

tag: Silahlı qüvvələr,Yəmən,husi,Əl-Cavf,todaypress.az,