KİV: ABŞ Sənada husilərin hədəflərini vurdu
ABŞ Ordusu Yəmənin paytaxtı Sənada
"Ənsar Allah" hərəkatının nəzarəti altında olan obyektlərə silsilə
zərbələr endirib.
TodayPress xəbər verir ki, bu barədə üsyançılara məxsus
“Al Masirah” telekanalı məlumat yayıb.
Qeyd olunur ki, ABŞ hərbçiləri husilərin Əs-Saura
bölgəsinə havadan hücumlar edib.
Hücumlar obyektlərin birində yanğına səbəb olub və
yaxınlıqdakı tikililərə də ziyan dəyib. Hadisə yerində xilasetmə qrupları işləyir.
Ölən və yaralananlar barədə məlumat verilmir.
Daha əvvəl telekanal ABŞ Yəmənin şimal-qərbində
"Ənsar Allah" liderlərinin gizləndiyi Səada əyalətinə zərbələr
endirib.
tag: Hücum, ABŞ, Səna, Yəmən, todaypress.az,