KİV: ABŞ Ukrayna AES-nə nəzarət etmək istəyir

Dünya

21.03.2025 10:20

2682

"ABŞ Ukrayna ilə resurs sövdələşməsi çərçivəsində nüvə stansiyalarına potensial nəzarəti ələ keçirmək istəyir".

TodayPress xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

"ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynanın əsas mineral və enerji aktivlərinə çıxış əldə etmək üçün yeni şərtlər irəli sürmək istəyir. Vaşinqton Kiyevdən ümumi investisiya fondunun kimə məxsus olduğunu və ona nəzarət etdiyini təfərrüatlı şəkildə dəqiqləşdirməyə razılıq verməsini istəyir. Potensial olaraq, bu, digər iqtisadi aktivlərin, o cümlədən Ukrayna nüvə stansiyalarının ABŞ-yə verilməsini də əhatə edə bilər" nəşr yazır.

Türkan İsgəndərli

tag: Ukrayna,ABŞ,Atom Elektrik Stansiyası,Nüvə,todaypress.az,