KİV: Adnan Oktarın dəstəsi ilə bağlı qərar verildi

Dünya

19.04.2025 09:20

16

Türkiyənin Ağır Cəza Məhkəməsində Adnan Oktarın silahlı cinayət təşkilatı ilə bağlı qərar çıxarılıb.

TodayPress xəbər verir ki, məhkəmə bir nəfərə - Paşa Durmuşa bəraət verib, eyni zamanda cinsi təcavüzdə ittiham olunan Erol Şimşeyə 256 il, Orkun Şimşeyə 346 il cəza kəsib. 

Xatırladaq ki, həbsdə olan Adnan Oktara cinayət təşkilatı yaratmaq və idarə etmək, cinsi zorakılıq və cinsi təcavüz, təhsil hüququnun qarşısının alınması və şəxsi azadlıqdan məhrum etmə cinayətlərinə görə 8 min 463 il 4 ay həbs cəzası verilib.

tag: Adnan Oktar,Həbs,Qərar,Məhkəmə,Todaypress.az,