KİV: Ağ Ev HƏMAS-la gizli danışıqlar aparır
ABŞ nümayəndələri Qəzza zolağında münaqişəyə
son qoymaq və girovları azad etmək üçün HƏMAS hərəkatı ilə gizli danışıqlar
aparır.
TodayPress
xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“Tramp
administrasiyası Qəzza zolağında saxlanılan amerikalı girovların azad edilməsi
və müharibəni dayandırmaq üçün daha geniş razılaşmanın mümkünlüyü barədə HƏMAS
ilə birbaşa danışıqlar aparır” deyə məlumatda bildirilir.
Qeyd
olunur ki, keçmiş administrasiyalar İsrail tərəfinin iştirakı olmadan HƏMAS-la
birbaşa dialoq aparmağa cəhd etməyiblər.
tag: Ağ Ev, Qəzza,Münaqişə, HƏMAS, Fələstin, todaypress.az,