KİV: Aİ ABŞ-dən asılılığını rəsmən tanıyacaq

Dünya

14.03.2025 10:30

1934

"Avropa İttifaqı (Aİ) Ağ Kitab layihəsində  ABŞ-nin hərbi potensialından asılılığını etiraf etmək niyyətindədir".   

TodayPress xəbər verir ki, bu barədə “Politico” mənbələrə istinadən məlumat yayıb. 

“Avropa Amerikanın hərbi imkanlarından asılı vəziyyətə düşüb və bu, ABŞ-nin regiona yanaşmasını yenidən nəzərdən keçirməsi təhlükəsi yaradır. ABŞ aktivlərdən istifadəni dayandırmaq qərarına gələ bilər” nəşr yazır. 

Qeyd edək ki, Aİ səlahiyyətliləri müdafiə ilə bağlı Ağ Kitab layihəsi hazırlayıb.   

Türkan İsgəndərli

tag: Avropa İttifaqı,ABŞ,Avropa,Asılılıq,Todaypress.az,