KİV: Avropa və Ukrayna Rusiyanın atəşkəs şərtlərini qəbul etməyə bilər
Kiyev və Avropa Rusiyanın atəşkəs sazişi bağlamaq şərtlərini qəbul etməyə bilər.
TodayPress xəbər verir ki, "Bloomberg" bu barədə Qərb təhlükəsizlik xidmətlərinin nümayəndələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, Ukraynada münaqişənin mümkün həlli ilə bağlı Moskvanın əvvəllər irəli sürdüyü şərtlər Avropa və Ukrayna tərəfindən qəbuledilməz kimi hesab edilə bilər.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin martın 13-də belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib ki, Moskva Ukraynada hərbi əməliyyatların dayandırılması təklifləri ilə razıdır, lakin onlar uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın əsas səbəblərini aradan qaldırmalıdır. Rusiya lideri həmçinin qeyd edib ki, Moskva Ukraynadakı münaqişəyə son qoymaq və Rusiyanın xeyrinə sürətlə dəyişən yerlərdə vəziyyətə əsaslanaraq məqbul razılaşmaların əldə edilməsi üçün gələcək addımlar barədə danışıqlar aparacaq.
Töhfə Səməd
tag: Kiyev ,Avropa ,Rusiya,Qərb ,Moskva ,Vladimir Putin,todaypress.az,