KİV: Çin Kanada neftinə yönəlir
Çin neft emalı zavodları Vaşinqtonla ticarət qarşıdurması fonunda ABŞ xam neftinin alışını təxminən 90% azaldıb, eyni zamanda Kanada neftinin idxalını rekord səviyyəyə çatdırıb.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
"Ticarət müharibəsini nəzərə alsaq, Çinin ABŞ-dən neft alışını artırması ehtimalı azdır. Onlar təkcə Rusiyadan və ya Yaxın Şərqdən gələn tədarüklərə bel bağlamayacaqlar, həmçinin Kanada alternativinə də baş vuracaqlar" deyə Kanada-Çin Enerji Forumunun prezidenti Jiang Venran agentliyə telefonla müsahibəsində deyib.
"Bloomberg"in məlumatlarına görə, Çinin ABŞ-dən neft idxalı iyunda 29 milyon barelə çatan zirvədən ayda 3 milyon barrelə düşüb, Kanadanın tədarükü isə martda rekord həddə 7,3 milyon barelə çatıb və apreldə daha da arta bilər.
Kanadanın neft tədarükünün artması ötən ilin may ayında fəaliyyətə başlayan və Albertadakı yataqları Britaniya Kolumbiyası sahilləri ilə birləşdirən "Trans Mountain" boru kəmərinin genişləndirilməsinin işə salınması ilə mümkün olub.
Agentlik qeyd edir ki, Kanada müasir Çin neftayırma zavodları üçün uyğun olan nisbətən ucuz, yüksək kükürdlü xam neft təklif edir. Eyni zamanda, İraq və digər Yaxın Şərq ölkələrindən gələn oxşar növlər daha bahalı olaraq qalır və bu, Kanada tədarüklərini Pekin üçün cəlbedici edir.
Töhfə Səməd
tag: Çin,Kanada,Neft,ABŞ,Todaypress.az,